• 10 °C Bakı
  • 1 °C Quba
  • 9 °C Gəncə
  • 7 °C Yevlax
  • 0 °C Naxçıvan

Gələn il taxıl istehsalı 5 % artacaq

26.10.2018 16:24
64
Gələn il taxıl istehsalı 5 % artacaq

2019-cu ildə Azərbaycanda 3 mln. 452,9 min ton dənli və dənli-paxlalı bitkinin yığılması proqnozlaşdırılır. Bu, 2018-ci ilin yekunları üzrə gözlənilən göstəricidən 4,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.


«Gələn il məhsulun ümumi həcmindən 2 mln. 111 min ton buğdanın payına düşəcək ki, bu da cari ilin göstəricisindən 2,2% çoxdur», - deyə hökumətin gələn ilin büdcə zərfinə daxil olan materiallarında bildirilir.


Proqnozlara görə, 2018-ci ildə respublikada 3 mln. 296,2 min ton dənli və dənli-paxlalı bitki yığılacaq.


Hökumətin qiymətləndirmələrinə görə, 2020-ci ildə Azərbaycanda dənli və dənli-paxlalı bitkilərin yığım həcmi 3 mln. 493,4 min tona, 2021-ci ildə 3 mln. 628,4 min tona, 2022-ci ildə isə 3 mln. 655,5 min tona çatacaq.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND