• 25 °C Bakı
  • 21 °C Quba
  • 27 °C Gəncə
  • 27 °C Yevlax
  • 29 °C Naxçıvan

Paris Notr-Dam kilsəsini bərpa etmək üçün beynəlxalq memarlıq müsabiqəsi keçiriləcək

17.04.2019 16:40
161
Paris Notr-Dam kilsəsini bərpa etmək üçün beynəlxalq memarlıq müsabiqəsi keçiriləcək

Paris Notr-Dam kilsəsinin dağılan şpilini bərpa etmək üçün beynəlxalq memarlıq müsabiqəsi keçiriləcək.


Ekspress.az xəbər verir ki, bu barədə Fransa Nazirlər Şurasının tarixi abidənin bərpası məsələsinə həsr olunan xüsusi iclasından sonra ölkənin Baş nazir Eduard Filip məlumat verib.


O, hələlik bərpa işlərinin maliyyə xərclərinin həcmi barədə aidiyyəti şəxslərin ehtimal irəli sürmədiklərini qeyd edib.


Xatırladaq ki, aprelin 15-də Paris Notr-Dam kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. 

Prezident Emanuel Makron xalqa müraciətində tarixi kilsəni beş il ərzində bərpa etməyi nəzərdə tutduqlarını bildirib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND