Küçəyə atılan körpənin vəziyyəti ağırdır! - RƏSMİ

18.10.2019 13:06
111
Küçəyə atılan körpənin vəziyyəti ağırdır! - RƏSMİ

Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində küçəyə atılan körpənin durumu ilə bağlı məlumat yayıb.


Nazirlikdən Ekspress.az -a verilən məlumata görə, küçəyə atılan 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.


"Uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb", - nazirlikdən bildirilib.


Ekspress.az


Açar sözlər: