ABŞ-da neft ehtiyatları artır, dünyadasa "qara qızıl" ucuzlaşır

06.06.2019 10:57
34
ABŞ-da neft ehtiyatları artır, dünyadasa "qara qızıl" ucuzlaşır

Ötən həftənin yekunlarına görə (27-31 may), ABŞ-da neft ehtiyatları 6,77 milyon barel artaraq 483,3 milyon barelə çatıb.


Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.


Daha əvvəl ABŞ neft ehtiyatlarının 850 min barel azalmasını proqnozlaşdırırdı.


ABŞ-da neft ehtiyatlarının kəskin artması neft qiymətlərinin azalmasına səbəb olub (APA).


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 2,36 % azalaraq 1 barelə görə 60,51 dollar təşkil edib.


Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 3,46 % azalaraq 51,63 dollar təşkil edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND