Dünya gimnastları Bakıya toplaşacaq

08.11.2018 10:35
380
Dünya gimnastları Bakıya toplaşacaq

 

Noyabrın 17-18 tarixlərində Bakıda gimnastikanın akrobatika növü üzrə Dünya Kubokunun mərhələ yarışı keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasından (AGM) verilən məlumata görə, Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək həmin turnirdə ev sahibi olan Azərbaycan da daxil olmaqla, 7 ölkə, o cümlədən İzrail, Belarus, Qazaxıstan, Hindistan, Rusiya və Ukraynadan olan idmançılar mübarizə aparacaqlar. Sözügedən turnirdə ölkəmizi qarışıq qoşa yarışlarda Abdulla Əl-Mayaşahi\Ruhidila Qurbanlı və Aqasifa Rəhimova\Nurcan Cabbarlı cütlüyü təmsil edəcək. Böyüklər arasında dünya çempionatının mükafatçısı olan Seymur Cəfərovla Murad Əkbərov mübarizə aparacaq. Qalib və mükafatçılara «AGF Trophy» kuboku veriləcək.

 

Açar sözlər: