"Fəlakət" boşanıb? - Prodüseri aydınlıq gətirdi

06.08.2019 23:24
97
"Fəlakət" boşanıb? - Prodüseri aydınlıq gətirdi

Ötən il fevral ayında ailə həyatı quran aktyor Elşən Orucovun həyat yoldaşından ayrılması haqqında məlumatlar yayılıb.


Yayılan xəbərə görə, cütlük artıq bir müddətdir ayrı evlərdə yaşayır.


E.Orucovun prodüseri Abbas Kərimli oxu.az-a açıqlamasında yayılan xəbərləri təkzib edib:


"Elşən ilə İlahə boşanmayıblar. Bu, şayiədir".


Qeyd edək ki, Elşən Orucov "Fəlakət" obrazı ilə məşhurlaşıb.


Xatırladaq ki, aktyor və xanımı ATV-də bir yerdə çalışan zaman tanış olublar. Cütlüyün bu nikahdan 2018-ci ilin dekabrında qız övladı dünyaya gəlib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND