Almaniyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

31.01.2019 09:55
127
Almaniyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları Almaniyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.


Ekspress.az “Report”-a istinadən xəbər verir ki, təşkilatçılar Almaniya səfirinə məktub təqdim ediblər. 


Onlar diplomatdan məktubu Almaniya kansleri Angela Merkelə təqdim etməyib xahiş ediblər. Məktubda Robert Koçaryanın həbsinin qanunsuz olduğu vurğulanıb.  

Təşkilatçılar sabah - fevralın 1-də yenidən diplomatik korpusun qarşısına toplaşmağa qərar veriblər. 


Həmin gün Almaniya kansleri Angela Merkel Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND