• 6 °C Bakı
  • -2 °C Quba
  • 6 °C Gəncə
  • 6 °C Yevlax
  • 4 °C Naxçıvan

Prezidentin fərmanına uyğun olaraq 6 yaşayış binasının istismarına icazə verilib

15.03.2019 16:25
48
Prezidentin fərmanına uyğun olaraq 6 yaşayış binasının istismarına icazə verilib

Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrasına başlanılıb. Fərmanın icrasına uyğun olaraq, Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib.


Bu barədə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev məlumat verib.


Onun sözlərinə görə, artıq bu gündən bu binalar rəsmi olaraq istismara qəbul olunub: 


“Uzun müddət idi ki, bu binalarda insanların yaşamasına baxmayaraq mənzillər istismara qəbul olunmamışdı. Bu gün Azərbaycanda həmin binalardan 6-sı istismara verildi (report). Bu, eyni zamanda sakinlər üçün şad xəbərdir. Hesab edirəm ki, bu bir hədiyyədir. Bu gün ümumilikdə 6 bina istismara verilir”.


F.Mustafayev istismara verilən Səbail rayonu, Badamdar qəsəbəsində "İdea İnşaat MTK"ya məxsus çoxmənzilli yaşayış binasında 561 mənzil var:


“Həmin mənzillərin 50 faizdən çoxu istifadədədir. Prezidentin fərmanının əsas predimeti odur ki, vətəndaşlar tərəfindən uzunmüddətli istismar olunan binalarda sənədləşmə prosesi tamamlanmalıdır. Çünki, bu olmasa insanlar öz zəhmətləri hesabına aldıqları mülkiyyətin hüquqi sahibi sayılmırlar. Prezident bu humanist addımla vətəndaşlara hədiyyə etdi”.


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsində istismara verilən binanın sakinləri üçün səyyar xidmət göstərilib və mənzil sahiblərinə çıxarışlar təqdim olunub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND