“Marka” təxribatdan yazdı: Qarabağ işğal olunub


04.10.2019 15:45
61
“Marka” təxribatdan yazdı: Qarabağ işğal olunub

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Düdelanj”la Lüksemburqdakı oyununda üzləşdiyi erməni təxribatı xarici mətbuatın da diqqətindən kənarda qalmayıb.


Ekspress.az xəbər verir ki, İspaniyanın nüfuzlu “Marka” nəşri də baş verənlərlə bağlı xəbər hazırlayıb.


“Siyasət yenə idmanda görünməyə başladı... və yenə, siyasi səbəblərə görə idman yarışı yarımçıq dayandırıldı. “Düdelanj” - “Qarabağ” matçının gedişi zamanı (azərbaycanlılar 2:0 öndə olarkən), "Artsax" bayrağını daşıyan pilotsuz təyyarə Lüksemburqdakı “Jozi Bartel” stadionunun üstündən uçdu və hakimi oyunu dayandırmağa məcbur etdi. Azərbaycan komandasının üzvləri topla dronu yerə endirməyə çalışdılar. Dağlıq Qarabağ azərbaycanlıların idi, lakin artıq 30 ildən çoxdur davam edən münaqişə şəraitində Ermənistan qoşunları tərəfindən işğal olunub", - məqalədə qeyd olunub.


Daha sonra bildirilib ki, "Qarabağ" Ağdam komandası olduğundan futbolçular təxribata görə etiraz etməyə başlayıb: “Qarabağ” futbolçuları bu qarşıdurmadan sonra oynamaqdan imtina etdilər. Çünki “Qarabağ” Ağdam şəhərinindir. Hansı ki, hazırda yuxarıda göstərilən münaqişə səbəbindən işğal altındadır və yalnız Ermənistan tərəfindən tanınan bir “respublika”nın əlində qalıb. Lüksemburqun səmasındakı qalmaqal səbəbindən oyun 15 dəqiqə (əslində 20 dəqiqədən çox) sonra davam etdi. Azərbaycan klubunun kapitanı Rəşad Sadıqov dron stadionu tərk etdikdən sonra qonaq azarkeşlərə yaxınlaşaraq onları təmkinli olmağa səslədi”. (Matc.az)


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND