Xalq Bankın MC kartları hesab.az-da powerbank qazandırır!

27.11.2018 15:01
68
Xalq Bankın MC kartları hesab.az-da powerbank qazandırır!

Xalq Bankın MasterCard sahibləri hesab.az portalında ödəniş etməklə portativ akkumulyator (powerbank) qazanmaq şansını əldə etdilər.


Aksiya noyabrın 16-dan başlayıb və dekabrın 31-dək davam edəcək. Bu dövr ərzindəXalq Bankın MasterCard plastik kartları vasitəsilə toplam 175 manatdan yuxarı ödəniş edən hər kəs powerbank-a sahib olacaq. Bu təklif bank, sığorta və qeydiyyatsız ödənişlərə şamil olunmur.


31 dekabr tarixədək davam edəcək kampaniya çərçivəsində hesab.az portalında toplam 175 manat məbləğində ödəniş etmişilk2000 istifadəçi hədiyyəyə sahib olacaq.Hər istifadəçi aksiyada bir hədiyyə qazana biləcək və hədiyyə qazanan iştirakçının elektron ünvanına bu haqda məktub göndəriləcək.


MC Debit, MC Standard, MC Gold, MC Business və ya MC Black Edition kartlarını Xalq Bankın istənilən filialında pulsuz əldə etmək mümkündür. MC Black Edition kartını Bankın “Baş”, “Mərkəz” və “Sahil” filiallarında sifariş etmək olar.


Plastik kartlar, eləcə də Bankın digər məhsul, xidmət və aksiyaları haqda məlumatı 138 Məlumat mərkəzindən və www.xalqbank.az saytından almaq mümkündür.

 

Ekspress.az

  • SON XƏBƏR
  • TREND