ADB manat istiqrazlarını gələn il buraxa bilər

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan manatı ilə ilk istiqrazlarını 2020-ci ildə tədavülə buraxa bilər.
Ekspress.az xəbər verir ki, nu barədə mənbə bildirib. O bildirib ki, manat istiqrazlarının buraxılması borcalanların seçiminə görə yubanır.
Belə ki, bu seçim zamanı başlıca meyarlardan biri beynəlxalq maliyyə hesabatları standartlarına (İFRS – İnternational Finance Reporting Standarts) uyğun həyata keçirilən auditor rəyinin mövcudluğu sayılır.
“Report” xəbər verir ki, ADB mövcud tələblərə uyğun gələn məqbul sayda borcalanın seçilməsindən sonra 50 milyon manat məbləğində, borcalanlar az olsa, daha az məbləğdə istiqraz buraxmağı nəzərdə tuturdu. Həmin vəsaitin də məhdud sayda bankların və qeyri-bank kredit təşkilatlarının maliyyə dəstəyinə sərf olunacağı güman edilir. Mikromaliyyə təşkilatları da həmin vəsaitləri təkrar kredit vasitəsilə əldə edə biləcək.
Qeyd edək ki, ADB postsovet regionunda milli valyutalarda istiqraz buraxmaq təcrübəsinə malikdir. Belə ki, bu ilin yanvar ayında 80 milyon dollar məbləğində, dəyişkən faiz dərəcəsilə Qazaxıstan təngələrində beş və yeddi il müddətinə müvafiq olaraq üç və beş ildən sonra erkən qaytarmaq imkanı verildiyi istiqrazlar buraxılıb.
Bununla yanaşı, 2016-cı ildə 225milyon dollar məbləğində Filipinlər pesosunda istiqrazlar buraxmışdı. Həmin vəsaitlər geotermal enerjisi də daxil olmaqla bir sıra ekoloji layihələrə sərf olunmuşdu. (report)
Ekspress.az
-
-
21.10 14:21
Azərbaycanda qızıl BAHALAŞACAQ
-
21.10 13:01
Azərbaycanda hotellərin gəlirləri artıb
-
21.10 11:15
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir
-
18.10 19:32
Azərbaycanda dövlət büdcəsinin ehtiyat fondu 10% artırılır
-
16.10 09:00
Azərbaycan nefti ucuzlaşdı
-
12.10 12:21
12 sığorta şirkəti yarımillik maliyyə hesabatını açıqlamayıb - MONİTORİNQ
-
10.10 09:10
Qızılın qiyməti kəskin düşə bilər
-
09.10 09:07
Azərbaycan qlobal rəqabət reytinqində 11 pillə irəliləyib
-
08.10 18:13
Rusiya və Türkiyə dollardan İMTİNA ETDİ
-
08.10 17:32
Oktyabrın 9-na MANATIN MƏZƏNNƏSİ
-
08.10 10:20
17 min manat qorunmayan əmanətlərin qaytarılmasına başlanılır
-
07.10 22:00
Fazil Məmmədovun bankı iflasa uğradı: Yüksək vəzifəli şəxslərə görə...
-
07.10 09:10
Azərbaycan nefti cüzi ucuzlaşdı
-
03.10 16:00
İpoteka kreditlərinin sayı 27 minə çatıb
-
03.10 15:33
"Bazarların monitorinq edilməsinə ehtiyac var" - QİYMƏT ARTIMI
-
02.10 17:51
Oktyabrın 3-nə manat və dolların məzənnəsi
-
02.10 09:25
Yeni fond yaradıldı - Baş nazirdən qərar
-
01.10 18:30
Oktyabrın 2-nə MANATIN MƏZƏNNƏSİ
-
30.09 14:46
Avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu artırılıb
-
30.09 09:55
Maliyyə Nazirliyi 189 min manatlıq məsləhət xidməti alır
-
-