Məktəbli qızın intiharı ilə bağlı cinayət işi açıldı - Direktor ifadə verir


06.04.2019 13:58
638
Məktəbli qızın intiharı ilə bağlı cinayət işi açıldı - Direktor ifadə verir

Bakıda şagirdin intiharına görə cinayət işi başlanılıb.


Ekspress.az xəbər verir ki, 162 saylı məktəbin 8ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəb binasının 3-cü mərtəbəsindən atması və bu gün xəstəxanada ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.


Hadisənin necə baş verməsi və intihardan öncə şagirdin davranışları, sinif yoldaşlarının, məktəb rəhbərliyinin ona qarşı münasibəti ilə bağlı məktəbin direktoru Sevinc Abbasova hazırda prokurorluqda ifadə verir (qafqazinfo). E.Hacıyevanın meyiti isə ekspertiza olunması üçün morqa göndərilib.


Ekspress.az