Sumqayıtda kürəkən qayınanasını döyüb

18.04.2019 09:13
61
Sumqayıtda kürəkən qayınanasını döyüb

Sumqayıtda gecə saatlarında döyülmə hadisəsi baş verib. 

Hadisə şəhərin 5-ci mikrorayonunda mənzillərin birində qeydə alınıb.


Kürəkən və qaynana arasında düşən mübahisə sonuncunun döyülməsi ilə nəticələnib. Kürəkəni 1959-cu il təvəllüdlü Natavan Mirzəyevaya üz nahiyəsindən zərbələr endirib.


Xəsarət alan yaşlı qadın xəstəxanaya aparılıb və ona lazımi tibbi yardım göstərilib.


Faktla bağlı araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND