Birləşmiş Ştatlarda aktiv qazma qurğularının sayı azalıb


05.07.2019 11:58
110
Birləşmiş Ştatlarda aktiv qazma qurğularının sayı azalıb

ABŞ-dakı aktiv qazma qurğularının sayı geriləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 4 ədəd azalaraq 963 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayında azalma qeydə alınıb.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 5 ədəd azalaraq 788 olub. Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd artaraq 174-ə çatıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.


Ekspress.az