Bakıda 21 yaşlı gəlin sevgilisi ilə qaçdı – BU DƏFƏ ATA EVİNDƏN


20.09.2019 13:15
56
Bakıda 21 yaşlı gəlin sevgilisi ilə qaçdı – BU DƏFƏ ATA EVİNDƏN

Bakıda itkin düşmüş gəlinlə bağlı polisə müraciət edilib.


Ekspress.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə müraciət edən Sabunçu qəsəbə Bağırov küçə sakini R.Ələsgərova qızı, 1998-ci il təvəllüdlü N.Hümbətlinin aprel ayının 5-də evi tərk edərək itkin düşdüyünü bildirib. Qadın əlavə edib ki, qızı Əli adlı şəxsə qoşulub qaçıb.


Araşdırmalar zamanı o da məlum olub ki, N.Hümbətli mart ayında həyat yoldaşı tərəfindən itkin düşmüş şəxs kimi axtarışa verilib. Həmin vaxt qızın başqa kişi ilə münasibəti üzə çıxandan sonra əri onunla münasibətləri kəsib və boşanmaq üçün məhkəməyə müraciət edib. Daha sonra anasına təhvil verilən qız yenidən sevgilisi ilə qaçıb.


Müraciətlə bağlı araşdırma aparılır. (publika)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND