Bu istifadəçilər üçün “WhatsApp” əlçatmaz olacaq

01.10.2019 10:11
90
Bu istifadəçilər üçün “WhatsApp” əlçatmaz olacaq

2020-ci ilin fevralına kimi köhnə əməliyyat sistemləri ilə işləyən telefonlarda “WhatsApp” əlçatmaz olacaq.


Ekspress.az xəbər verir ki, “Android 2.3.7” və daha əvvəlki, eləcə də “iOS 8” və daha əvvəlki əməliyyat sistemlərində “WhatsApp” yenilənməyəcək və yeni akkaunt açmaq mümkün olmayacaq. 


Həmçinin qeyd olunur ki, 2020-ci il yanvarın 1-dən sonra messencer “Windows Phone”da, iyulun 1-dən isə “Microsoft Store”da əlçatmaz olacaq.


Ekspress.az