Payız sessiyasının ilk plenar iclasının vaxtı müəyyənləşdi

17.08.2019 14:36
75
Payız sessiyasının ilk plenar iclasının vaxtı müəyyənləşdi

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı müəyyənləşib.


Ekspress.az-ın məlumatına görə, parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.


Milli Məclisinin Daxili Nizamnaməsində göstərilib ki, Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq parlament hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.


Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.


Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.


Qeyd edək ki, Milli Məclisin deputatları iyulun 15-dən avqustun 30-dək tətilə buraxılıblar. (unikal)


Ekspress.az


  • SON XƏBƏR
  • TREND