Lalə bu sözlərinə görə üzr istədi - Video


12.10.2019 12:00
175
Lalə bu sözlərinə görə üzr istədi - Video

Ötən gün "Maşın" şouda səsverməyə çıxan aparıcı Lalə Mustafayeva türkiyəli həmkarı Suna Kasımoölunun ünvanına dediyi sözlərlə müzakirələrə səbəb olub.


Ekspress.az xəbər verir ki, Lalə səs topladığı təqdirdə oyundan Sunanı çıxaracağını deyib. O, səbəbini "Heç kim məndən küsməsin. İlk gündən demişdim ki, belə bir böyük yarışma qardaş Türkiyədə olsaydı, yəqin azərbaycanlı 11 gün qalmazdı. Böyük diqqət göstərmişik" sözləri ilə izah edib.


Onun sözlərini proqramın aparıcısı Murad Dadaşov kəsərək "Belə danışmaq lazım deyil. Bilsəydim belə danışacaqsan, sənə sona kimi söz verməzdim" deyib.


Lalə daha sonra çox qınanıldığını görüb və hər kəsdən üzr istəyib:


"Həyəcanlıyam, bunu gözləmirdim. Dediyim ifadələrə görə hamıdan üzr istəyirəm".


(big)


Ekspress.az

Açar sözlər: