"Prezidentlərin görüşünə dair hər hansı bir məlumat yoxdur" - Hikmət Hacıyev

25.02.2019 16:53
183
"Prezidentlərin görüşünə dair hər hansı bir məlumat yoxdur" - Hikmət Hacıyev


ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi bir daha onların nəzərinə çatdırılıb.


Ekspress.az xəbər verir ki, bunu Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.


Onun sözlərinə görə, münaqişənin həlli prosesinə nəzərə yetirsək, hazırda Ermənistan tərəfindən müəyyən iddialar səsləndirilir: 

“Bu, danışıqlar prosesinin ümumi ruhuna xələl gətirir. Hesab edirik ki, beynəlxalq ictimaiyyət və həmsədr ölkələr daha aktiv səylər göstərərək, Ermənistanı danışıqlar prosesində daha konstruktiv rol oynamasını təmin etməlidirlər. Azərbaycan danışıqlar prosesini dəstəkləyir. Bu konstruktiv mövqeyimiz beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir”.

Hikmət Hacıyev qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, həmçinin, hər iki ölkənin rəhbərlərinin yaxın gələcəkdə görüşünə dair hər hansı bir məlumat yoxdur.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND