Zaqulbada ticarət mərkəzində yanğın olub - FOTO

18.05.2019 20:44
261
Zaqulbada ticarət mərkəzində yanğın olub - FOTO

Bakının Xəzər rayonunda yanğın baş verib.


Hadisə Zaqulba qəsəbəsində yerləşən "Zagulba Mall" ticarət mərkəzində qeydə alınıb.


Bildirilir ki, yanğın ticarət mərkəzinin zirzəmisindəki tikiş sexindən başlayıb. Hazırda da yanğın davam edir.


Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğının genişlənməsinin qarşısının alınması istiqamətində işlər görülür (ONA).

Ehtimal olunur ki, yanğın qısaqapanmadan qaynaqlanıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND