2 min 500 nəfərdən xəbər yoxdur - O ölkə şokda

12.09.2019 15:48
62
2 min 500 nəfərdən xəbər yoxdur - O ölkə şokda

Baham adalarında “Dorian” qasırğasından sonra 2,5 min insan itkin düşüb.


Ekspress.az xəbər verir ki, Baham adalarının fövqəladə hallar üzrə Milli Agentliyi hələ də 2 min 500 nəfərdən xəbər ala bilmədiklərini bəyan edib.


Bəzi şəxslərin sığınacaqlara yerləşdirildiyi güman edildiyindən son dəqiqləşmədən sonra itkin düşənlərin sayının azalacağı ehtimal olunur.


Qeyd edək ki, qasırğa sentyabrın 1-də ciddi fəsad yaradıb. BMT 70 min nəfərin təcili yardıma ehtiyacı olduğunu açıqlayıb. (teleqraf)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND