“Azərenerji” noyabrda 1,965 milyard kVt/saat elektrik enerjisi istehsal edib

06.12.2018 12:32
35
“Azərenerji” noyabrda 1,965 milyard kVt/saat elektrik enerjisi istehsal edib

2018-ci ilin noyabrında “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,965 milyard kilovat/saat təşkil edib. 


Ekspress.az “Azərenerji”yə istinadən xəbər verir ki, 2017-cı ilin noyabrında bu göstərici 1,73 milyard kilovat/saat olub.


Ölkə enerjisisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi carı ilin müvafiq dövrü ərzində qarşılıqlı şəkildə həyata keçirilib.



Açar sözlər:
  • SON XƏBƏR
  • TREND