"İşbazlar tərəfindən ərzaq bazarında süni qiymət artımı baş verir" - Əli Məsimli

12.02.2019 23:21
210
"İşbazlar tərəfindən ərzaq bazarında süni qiymət artımı baş verir" - Əli Məsimli

"Ölkədə minimum əməkhaqqının artırılmasını alqışlayıram".


Ekspress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli deyib.


O, minimum əməkhaqqının qaldırılmasından sonra bəzi işbazlar tərəfindən ərzaq bazarında süni qiymət artımının baş verməsindən narahatlığını dilə gətirib.

“Bu əməkhaqqı hələ martın 1-dən tətbiq ediləcək. Ancaq indidən bazarlarda ərzaq, xüsusilə də, süd məhsullarıının qiyməti qalxıb. Gələn ay Novruz bayramı olacaq. Bu ərəfədə də işbazlar qiymət qaldıra bilərlər. Artıq bunun işartıları görünür. Ona görə də aidiyyatı strukturlar bu məsələni diqqətdə saxlamalıdırlar”, - deyə Əli Məsimli bildirib.

  • SON XƏBƏR
  • TREND