Kitabxana və klubların idarə olunması ilə bağlı yeni layihə hazırlanıb


26.07.2019 17:05
155
Kitabxana və klubların idarə olunması ilə bağlı yeni layihə hazırlanıb

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 26-da Quba rayonunda vətəndaşları qəbul edib. Qəbuldan sonra mətbuata açıqlama verən nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini vurğulayıb.


Ekspress.az xəbər verir ki, bildirilib ki, regionlarda keçirilən bu cür görüşlər vətəndaşları narahat edən məsələlərin operativ şəkildə həll olunmasına şərait yaradır: "Sevindirici hal ondan ibarətdir ki, vətəndaşlarımızın əsas müraciətləri yerlərdə mədəni xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətindədir. Məlum olduğu kimi, Quba-Qusar bölgəsi həm ölkə vətəndaşlarının, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlarımızdandır. Ona görə də mədəniyyət müəssisələri qonaqlara təqdim etdikləri mədəni xidmətləri daha da inkişaf etdirirlər. Burada yerləşən abidələrin bərpası, tarixi irsimizin təbliğ olunması ilə əlaqədar maraqlı təkliflər səsləndirildi.


lkəmizin digər yerlərində olduğu kimi, Quba rayonunda da bir sıra tarixi abidələr bərpa olunub. Bu proses bundan sonra da davam etdiriləcək. Bütün müraciətlər nəzərdən keçiriləcək və onların həlli istiqamətində müvafiq addımlar atılacaq".


Nazir həmçinin ölkəmizin bədii təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı məlumat verib. Qeyd edib ki, bu yaxınlarda Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə müsabiqəyə yekun vurulub. Nəticədə 120 nəfərdən çox müəllim müvafiq təhsil ocaqlarında işə qəbul edilib.


Əbülfəs Qarayev kitabxana və klubların idarə olunması istiqamətində keçirilən islahatlara toxunaraq vurğulayıb ki, bu qəbildən mədəniyyət müəssisələrinin işinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı yeni layihə hazırlanıb. (Trend)


Ekspress.az