Netanyahu "qəsdən" Boris Consonla Yeltsini səhv saldı



09.09.2019 09:34
132
Netanyahu "qəsdən" Boris Consonla Yeltsini səhv saldı

İsrailin baş naziri Binyamin Netanyahu Böyük Britaniya hökumətinin rəhbəri Boris Consonu səhvən Yeltsin adlandırıb. 


Xəbəri "RİA Novosti" "Haaretz"-ə istinadən yayıb.


Bazar günü iclasda çıxış edən Netanyahu Böyük Britaniyaya səfəri barədə danışıb.


O deyib: "Londona səfərim çox xoş keçdi, orada baş nazir Boris Yeltsinlə və ABŞ-ın müdafiə naziri ilə görüşdüm".

İclasda iştirak edənlər dərhal onun səhvini düzəldiblər. Hökumət rəhbəri gülümsəyib və bildirib ki, qəsdən yanlışlığa yol verib: onu diqqətlə dinləyib-dinləmədiklərini öyrənmək istəyib.


Xatırladaq ki, Boris Conson bu ilin iyununda baş nazir seçilib.

Boris Yeltsin 1991-1999-cu illərdə Rusiyaya rəhbərlik edib. 2007-ci ildə vəfat edib. (oxu)


Ekspress.az

Açar sözlər: