“Qalatasaray” liderlə xal fərqini azaldıb

21.04.2019 12:02
285
“Qalatasaray” liderlə xal fərqini azaldıb

Aprelin 20-də Türkiyə Superliqasının 29-cu turunun növbəti oyunları keçirilib.


Günün mərkəzi matçında “Qalatasaray” öz meydanında “Kayserispor”u sınağa çəkib. Matç 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. “Qalatasaray”ın heyətində Diane dubl edib, Naqatomo isə bir dəfə fərqlənib.

Qonaqların yeganə qolunu isə Kravets vurub (Azərtac).


Beləliklə, bu qələbədən sonra xallarının sayını 59-a yüksəldən “Cim-bom” lider “Başakşəhər”lə xal fərqini ikiyə endirib. “Başakşəhər” rəqibinə nisbətən bir oyun az keçirib.


Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:


“Trabzonspor” – “Yeni Malatyaspor” – 2:1

“Göztəpə” – “Ərzurum BB” – 0:1

“Akhisarspor” – “Antalyaspor” – 1:2


Ekspress.az

  • SON XƏBƏR
  • TREND