"Qəbələ" "Zirə"nin qapıçısını transfer edib

06.01.2019 19:57
78
"Qəbələ" "Zirə"nin qapıçısını transfer edib

Bu gün 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarına start verən “Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib. Ekspress.az futbol komandasının rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan milli komandasının üzvü Anar Nəzirovu sıralarına qatıb. Son klubu "Zirə" olan 34 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.


2010/11, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də “Qəbələ”də çıxış edən Nəzirov “qırmızı-qara” formada ümumilikdə 28 oyun keçirib. Bunlardan 25-i Premyer Liqa, 3-ü Azərbaycan kubokuna təsadüf edib. Anar karyerası ərzində həmçinin “Kəpəz”, “Turan”, “Neftçi”, “Standard” və “Sumqayıt”ın da formasını geyinib. O, Premyer Liqada 219 matç keçirib.


Azərbaycan milli komandasında 2012-ci ildə debüt edən qolkiper əsas yığmada indiyədək 4 matçda meydana çıxıb.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND