Zelim Kotsoyev Böyük Dəbilqə turnirində medal qazanıb


12.05.2019 18:35
132
Zelim Kotsoyev Böyük Dəbilqə turnirində medal qazanıb

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində medal qazanıb.


Ekspress.az -ın məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan Zelim Kotsoyev bürünc medala sahib olub. 


O, 3-cü yer uğrunda görüşdə Otqonbatar Lxaqvasurenə qalib gəlib. Kotsoyev qələbəni qızıl xalla əldə edib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND