• 25 °C Bakı
  • 22 °C Quba
  • 23 °C Gəncə
  • 22 °C Yevlax
  • 22 °C Naxçıvan

Qazaxıstan Boks Federasiyası AIBA-dan çıxarıla bilər

24.04.2019 14:39
103
Qazaxıstan Boks Federasiyası AIBA-dan çıxarıla bilər

Qazaxıstan Boks Federasiyası Beynəlxalq Həvəskar Boks Assosiasiyasından (AIBA) çıxarıla bilər.


Ekspress.az xəbər verir ki, bu, AIBA-nın İcraiyyə Komitəsinin üzvü və Asiya Boks Konfederasiyasının (ASBC) keçmiş rəhbəri Serik Konakbayevin fəaliyyəti ilə əlaqədardır.

Daha əvvəl ASBC İcraiyyə Komitəsi Konakbayevin konfederasiyanın arxiv və maliyyə sənədlərini təşkilatın yeni rəhbərliyinə ötürməməsi ilə əlaqədar AIBA-ya şikayət edib.

AIBA Normalara Riayət Edilməsi komissiasının işçi qrupu təşkilatın İcraiyyə Komitəsinə tədbirlər görülməsi üçün AIBA-nın İntizam Komitəsinin tələblərinə uyğunluq barədə qısa hesabat təqdim etməyi tövsiyyə edib.


AIBA eyni zamanda, beynəlxalq federasiyaları olimpiada təsnifat turnirlərini idarə etmək üçün yeni bir təşkilat yaratmağa çalışdıqları iddia edilən Qazaxıstan Boks Federasiyasının icraçı direktoru Bekjam Bektenova qarşı sübutlara da baxıb (report).


Qeyd edək ki, Serik Konakbayev 2018-ci ilin noyabrında keçirilmiş AIBA prezidenti uğrunda seçkidə Qafur Rəhimova uduzub. Lakin Rəhimov ötən ay vəzifəsindən müvəqqəti ayrılıb və istefa vermək istədiyini açıqlayıb. Konakbayev ötənilki seçkiyə ilk olaraq AIBA İcraiyyə Komitəsi tərəfindən seçkilərə buraxılmayıb. Lakin o, İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib və seçkilərdə iştiraka nail olub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND