Əli Əhmədov: "Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın"

19.03.2019 15:11
147
Əli Əhmədov: "Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın"

"Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın. Vətəndaşın yaşayışı həmişə dövlətin diqqət mərkəzində olub. Bizim üçün ən böyük dəyər insandır. Azərbaycan vətəndaşı dövlətin ən böyük sərvətidir".


Ekspress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.


O qeyd edib ki, insana qayğı göstərməkdən ali dəyər yoxdur: "Bir müddət öncə bütün kateqoriyalardan olan insanların rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyev sərəncamlar imzaladı. Dövlət imkanları çərçivəsində vətəndaşların yaxşı yaşaması üçün əlavə tədbirlər görülür. Dövlət başçısının sərəncamları ilə əmək pensiyası, minimum əməkhaqqı, müavinətlər artırıldı. Vətəndaşlara verilən bütün müavinətlər artırılıb. Hökumətin imkanları artdıqca Prezidentimiz tərəfindən bu istiqamətdə addımlar atılacaq. Dövlətin imkanları vətəndaşların rifahının yaxşılaşdırılmasına sərf edilir. Azərbaycan o qədər güclü dövlətdir ki, bu cür cəsarətli addımları atır. Güman edirəm ki, insanlar bunu yüksək qiymətləndirir” (report).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND