Həbib Nurməhəmmədovun cəzası bilindi: Diskvalifikasiya ediləcək

09.10.2018 12:48
359
Həbib Nurməhəmmədovun cəzası bilindi: Diskvalifikasiya ediləcək

UFC döyüşçüsü, irland rəqibi Konor Makqreqorla döyüşdən sonra insident yaradan Həbib Nurməhəmmədovun cəzası açıqlanıb. 


BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Nevada ştatının komissiyasının sədri Entoni Marnell rus döyüşçü Həbib Nurməhəmmədovun UFC qaydalarını pozması ilə bağlı keçirilmiş iclasda vəziyyəti şərh edərkən belə deyib.


"Biz Həbib Nurməhəmmədov və Konor Makqreqora qarşı sənədlər təqdim edəcəyik. Belə ki, biz qonararın birini gecikdiririk, bizə operativ olaraq şikayətdən dinləmələrə keçməliyik. Bütün şikayətləri növbəti iki sutka ərzində toplamalıyıq. Burada çox məqamlar var. İttihamlar az deyil. Makqreqoru döyüşdən sonra 3 dəfə vuran tamaşaçıya qarşı qaldırıla biləcək ittiham da ola bilər". 


E. Marnell H.Nurməhəmmədova qarşı iki sanksiyanın tətbiq ediləcəyini istisna etməyib: "Cərimə yoxsa diskvalifikasiya? Hər ikisi ola bilər. Həmişə söhbət hər iki sanksiyadan gedir".


Həbib Nurməhəmmədovun diskvalifikasiyası 4 aydan 6 ayadək ola bilər.


Ekspress.az


Açar sözlər: