Türkiyə Silahlı Qüvvələrnin qərargahına kiber hücumnun qarşısı alınıb

26.12.2018 22:36
291
Türkiyə Silahlı Qüvvələrnin qərargahına kiber hücumnun qarşısı alınıb

Türkiyə mütəxəssisləri Silahlı Qüvvələr qərargahlarının birinə kiber hücum cəhdinin qarşısını alıblar.

Ekspress.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Komitəsi və Türkiyə Elmlər Akademiyasının illik mükafatlarının təqdimetmə mərasimində ölkə prezidenti Rəcəb Tayib Ərdoğan bildirib.

 

Rəcəb Tayib Ərdoğan qeyd edib ki, ölkə sərhədlərinin qorunmasına göstərilən diqqət artırılır: “Ölkəmizin istehsal etdiyi məlumatlar məsələsində də göstərməliyik. Hazırladığımız “Ahtapot” proqramı bir qüvvə komandanlığı qərargahına kiber hücum cəhdini uğurla əngəllədi və qarşıdakı bir NATO təliminə daxil edilib”.


Ekspress.az