Türkiyəli müğənni jurnalistləri döydü - Video

13.09.2019 12:10
135
Türkiyəli müğənni jurnalistləri döydü - Video

Sosial media vasitəsilə məşhurlaşan türkiyəli ifaçı Reynmen (Yusuf Aktaş) ötən gün yanındakı sevgilisini çəkmək istəyən media nümayəndələrinə hücum edib.


Ekspress.az xəbər verir ki, o, əvvəlcə “Show” TV-nin müxbiri Akif Yamana qışqırıb, daha sonra “Uçankuş” TV-nin müxbirinin əlindən zorla telefonunu alıb, çəkdiyi görüntüləri silməyə başlayıb.


İfaçı daha sonra isə A.Yamana hücum edib və ona sillə vurub. Jurnalistlər hadisə yerindən uzaqlaşaraq, Reynmendən şikayət ərizəsi yazıblar.


Müğənni yaxalanaraq, polis idarəsinə gətirilib. İfadə verəndən sonra oranı tərk edib. Bu zaman isə “Döyməyiniz vacib idi” sualına gülərək reaksiya verib.


(axşam)


Ekspress.az