“WikiLeaks”in qurucusu Culian Assanj həbs olunub - Video

11.04.2019 15:41
135
“WikiLeaks”in qurucusu Culian Assanj həbs olunub - Video


"WikiLeaks" yaradıcısı Culiana Assanj Britaniya polisi tərəfindən həbs olunub.


"Reuters" agentliyi xəbər verir ki, 47 yaşlı Assanj aprelin 11-də London polisi tərəfindən Ekvador səfirliyində həbs edilib.


Bildirilir ki, hüquq-mühafizə orqanı əməkdaşlarını diplomatik missiyanın binasına səfir özü dəvət edib. Bundan əvvəl Ekvador J. Assanja daha sığınacaq verməyəcəyini bildirmiş, sığınacaq müddətini uzatmaqdan imtina etmişdi.


Məlumata görə, Assanj hazırda Londonun mərkəzində həbsdə saxlanılır.


Qeyd edək ki, o 6 il Ekvadorun Londondakı səfirliyində yaşayıb. Bu müddət ərzində Ekvador hakimiyyəti Assanjın təhlükəsizliyi üçün 5 milyon dollardan çox vəsait xərcləyib.


O, 2012-ci ildə zorlama ittihamı ilə həbs olunaraq İsveçə verilməsindən ehtiyat edərək Ekvador səfirliyinə sığınıb.


2017-ci ilin mayında ittiham üzrə araşdırma dayandırılsa da, Assanj yenə də İsveçə veriləcəyindən qorxaraq, səfirliyi tərk etməyib. Assanj dəfələrlə bəyan edib ki, İsveçin onu ABŞ-a təhvil verəcəyindən ehtiyat edir. Çünki ABŞ-da onu ölüm hökmü gözləyir.


Bunun səbəbi J. Assanjın yaratdığı "WikiLeaks" saytının Pentaqonun məxfi sənədlərini və müxtəlif gizli yazışmaları yaymasıdır.




Ekspress.az

  • SON XƏBƏR
  • TREND