• 23 °C Bakı
  • 23 °C Quba
  • 24 °C Gəncə
  • 23 °C Yevlax
  • 23 °C Naxçıvan

“Bavariya” Levandovski ilə müqaviləni yeniləmək istəyir


07.03.2019 15:25
157
“Bavariya” Levandovski ilə müqaviləni yeniləmək istəyir

Almaniyanın “Bavariya” futbol klubunun rəhbərliyi polşalı hücumçu Robert Levandovski ilə yeni müqavilə imzalamaq niyyətindədir.


Ekspress.az xəbər verir ki, 30 yaşlı hücumçu ilə 2023-cü ilin yayınadək qüvvədə olan yeni müqavilənin imzalanması nəzərdə tutulur.


Qeyd edək ki, “Bavariya” yayda “Leypsiq”dən Timo Verneri transfer etmək fikrindədir. Lakin Münxen klubu Levandovskini komandadan kənarlaşdırmaq istəmir. Buna səbəb yay transferində Arien Robbenin və Frank Riberinin klubdan ayrılmasıdır.


Polşalı hücumçu cari mövsümdə “Bavariya”da keçirdiyi 33 görüşdə 27 dəfə fərqlənib.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND