Dubay-Bakı-Dubay aviareysi ləğv edildi


02.09.2019 15:42
50
Dubay-Bakı-Dubay aviareysi ləğv edildi

Sentyabrın 2-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.


Ekspress.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verir ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 17:00-da “FZ 733” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub.


Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 17:55-də Bakıdan Dubay istiqamətində “FZ 734” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.


Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil. (axar)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND