ABŞ-da neft ehtiyatları artır

12.06.2019 13:13
95
ABŞ-da neft ehtiyatları artır

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları çoxalıb.


Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 4,85 milyon barrel artıb (Azərtac). Bazar proqnozları isə ehtiyatların azalacağı istiqamətində idi.


Əvvəlki həftə ABŞ-ın neft ehtiyatları artmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND