Bakıda Sem Smiti əvəzləyəcək müğənninin adı bəlli olub

24.04.2019 12:05
186
Bakıda Sem Smiti əvəzləyəcək müğənninin adı bəlli olub

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində Sem Smiti əvəzləyəcək müğənni bəlli olub.


Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib. Onun sözlərinə görə, britaniyalı müğənnini həmyerlisi Jessi J əvəzləyəcək.


Smitin aprelin 27-də Bakıda SOCAR Azərbaycan Qran-prisi çərçivəsində nəzərdə tutulan konserti ləğv olunub. Britaniyalı müğənni ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından, həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.


Cardi B ləqəbli Belkalis Almanzarın aprelin 28-də Bakı Kristal Zalındakı çıxışı isə baş tutacaq (report).


Qeyd edək ki, “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND