Zəhranı qaçıran Təzəgüllə bağlı yeni faktlar - "Başı normal işləmir"

Bakıda üç yaşlı Zəhra Bağırzadəni qaçıraraq dilənçiliyə məcbur edən qadınla bağlı yeni faktlar məlum olub.
Ekspress.az xəbər verir ki, azyaşlı qız bu gün Nizami rayonu ərazisində tapılan zaman onun yanında olan Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib.
Hadisənin təfərrüatları və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Təzəgül Nəzərova valideynləri dünyasını dəyişəndən sonra Bakıya köçüb. O, Qızbəst adlı bacısı ilə birlikdə "Təzə bazar"ın yaxınlığında kirayədə yaşayıb.
Xadimə işlədiyini deyən Qızbəst bacısının əqli probleminin olduğunu iddia edir. Onun sözlərinə görə, Təzəgül 5 gün əvvəl evdən çıxaraq geri qayıtmayıb. Bu gün öyrənib ki, bacısı azyaşlı qızı qaçırdığına görə polis tərəfindən saxlanılıb.
"Təzəgülün əqli problemi var. Onun qəsdən uşaq qaçıracağına inanmıram. 5 gün əvvəl evdən gedib, biz də onu axtarırdıq. Bu gün xəbərlərdə gördüm ki, belə hadisə baş verib", - deyən qadın ehtimal edir ki, Zəhranın qaçırılmasında başqa şəxslərin də əli var.
"Bəlkə, onu kimsə bu yola məcbur edib. Yəqin ki, polisinin araşdırmasından sonra həqiqət üzə çıxacaq. Təzəgül normal insan deyil, elə vaxt olur ki, adını da yadından çıxarır. İndiyə kimi bizdə qalıb. Başı normal işləmir" (azvision.az).
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Ekspress.az
-
-
22.10 09:58
Baş Nazirin birinci müavininin köməkçisi vəfat edib
-
21.10 17:20
Tünzalə, Röya və Mir Yusifə “Xalq artisti” fəxri adı verilib
-
21.10 16:35
Ağırçəkili 1 nəfər mənzildən çıxarılıb
-
21.10 15:31
Gəncədə hündürmərtəbəli binada yanğın
-
21.10 15:10
Prezident bu şəxsləri təltif etdi
-
21.10 14:17
İntihar edən gəncin məktubu tapıldı - "Bağışla məni ana..." – FOTO/VİDEO
-
21.10 14:06
Sabah 26 dərəcə İSTİ OLACAQ
-
21.10 13:50
Bakıda prokurorluq əməkdaşı AVTOMOBİLDƏ KEÇİNDİ (Foto)
-
21.10 13:12
Bakının bu ərazisi “it qorxusu” ilə yaşayır - Foto
-
21.10 12:45
Teymur Mustafayevə AĞIR İTKİ
-
21.10 12:12
“Papa Cinema”da dostu onu sevgilisinə görə bıçaqlayıb! - ŞOK AÇIQLAMA
-
21.10 10:35
Maqnit qasırğası olacaq
-
21.10 09:35
8 bina sökülür - Köçürülmə başlanılıb
-
21.10 09:05
Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb
-
19.10 13:10
Bakı metrosunun bu stansiyaları bağlanır - Rəsmi
-
19.10 12:22
Prezident açıqladı: 4 minə yaxın köçkün ailəsi...
-
19.10 11:40
Azərbaycanda 5 yaşlı uşaq qızdırmadan öldü
-
19.10 11:32
Enerji içkilərinin bu şəxslərə satışı qadağan olunur
-
19.10 11:18
İlham Əliyev 2 sərəncam imzaladı
-
19.10 10:13
Rusiyada bənd uçdu: 12 ölü, 19 yaralı
-
-