Almaniyada iki qırıcı təyyarə toqquşub - VİDEO

24.06.2019 17:32
155
Almaniyada iki qırıcı təyyarə toqquşub - VİDEO

Almaniyanın Meklenburq-Qərbi Pomeraniya əyaləti ərazisində, Şverin şəhərinin 80 kilometrlik məsafəsində ölkənin hərbi hava qüvvələrinə məxsus iki “Euriofighter” tipli qırıcı təyyarə toqquşub.


“Deutche Welle” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, meşəlik ərazidə baş verən hadisədə hər iki pilot katapult edib (report).


Hərçənd SVZ nəşrinə görə, təyyarələrin bəzi parçaları yaşayış sahəsinə düşüb.


Embedded video


Ekspress.az