"Azərişıq"dan borclu abonentlərə xəbərdarlıq - İşığınız kəsiləcək

20.12.2018 15:10
153
"Azərişıq"dan borclu abonentlərə xəbərdarlıq - İşığınız kəsiləcək

"Azərişıq” ASC elektrik enerjisinə görə borcu yaranmış abonentlərə xəbərdarlıq edib.


ASC-dən verilən məlumata görə, debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 25 dekabr 2018-ci il tarixində saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.


“Azərişıq” bir daha xəbərdarlıq edir ki, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.


Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.


Murad MƏMMƏDLİ

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND