Məşhur proqramı Leyla aparacaq

11.09.2019 16:51
83
Məşhur proqramı Leyla aparacaq

Ötən gündən etibarən seçim turlarına start verilən "Səs Azərbaycan"ı aparan şəxsin adı məlum olub. 


Ekspress.az qafqazinfo-ya istinadən xəbər verir ki, tezliklə yayıma başlayacaq məşhur şounu Leyla Əliyeva aparacaq. Münsiflərin kimliyi isə, hələ ki, mətbuata açıqlanmayıb. 


Qeyd edək ki, Azərbaycanda ilk dəfə "Səs" yarışması 2015-ci ildə AzTV-nin efirində yayımlanıb. Qalib Emiliya Yaqubova olub.


Münsiflər Xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, Əməkdar artistlər Manana Caparidze və Tünzalə Ağayeva olub.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND