Ermənistanın xarici borcu 11 milyard dollara yaxınlaşdı


08.02.2019 17:00
228
Ermənistanın xarici borcu 11 milyard dollara yaxınlaşdı

 “2017-ci ilin sonunda Ermənistanın ümumi xarici borcu 10 milyard dollar məbləğini keçib və bu gün artıq 11 milyard dollarlıq həddə yaxınlaşıb”.

 

Ekspress.az xəbər verir ki, işğalçı ölkə saytlarından birinin yaydığı məlumatda belə deyilir.

  

Ermənistan Statistika Komitəsinin son məlumatlarına görə, 2018-ci ilin üçüncü rübünün sonuna olan vəziyyətə görə, Ermənistan Respublikasının xarici borcu təxminən 10 milyard 836 milyon dollar təşkil edib.

 

Xəbərdə qeyd edilir ki, ümumi xarici borcun göstəriciləri tez-tez dövlət borcunun göstəriciləri ilə qarışdırılır. Lakin bunlar fərqli anlayışlardır. Ümumi dövlət borcu göstəricisi daxili və xarici borclardan ibarətdir. Bu da hökumətin və Mərkəzi Bankın borclarının cəmi deməkdir. Ümumi xarici borc dedikdə, yalnız xarici borcdan danışırıq. Bu da təkcə xarici dövlət borcunu (hökumət və Mərkəzi Bank) deyil,  özəl sektorun (əsasən bankların) xarici borcunu da əhatə edir. Odur ki, Ermənistanın ümumi xarici borcu dövlət borcundan çoxdur (moderator.az).


Beləliklə, əgər 2018-ci ilin sentyabr ayının sonunda ümumi xarici borc 10 milyard 836 milyon dollar təşkil edibsə,  ümumi dövlət borcu - 6 milyard 741 milyon dollar olub. Onun da 5 milyard 411 milyon dolları xarici dövlət borcudur.