• 9 °C Bakı
  • 7 °C Quba
  • 8 °C Gəncə
  • 5 °C Yevlax
  • 8 °C Naxçıvan

Mariya Şarapova namizədlər arasında

06.12.2018 13:45
70
Mariya Şarapova namizədlər arasında


Qadın tennisçilərin beynəlxalaq assosiasiyası olan WTA «Azarkeşlərin sevimli tennisçisi» nominasiyasının qalibini müəyyən etmək üçün özünün rəsmi saytında sorğu keçirib. Sorğuda əsasən Top-20-də yer alan tennisçilər yer alıb ki, onların da arasında reytinq cədvəlində Top-10-u tamamlayan Darya Kasatkina, reytinq cədvəlinin sabiq liderlərindən biri olan Mariya Şarapova, o cümlədən Vinus Uilyams, Ejeni Buşar, Alena Ostapenko, Yohanna Konta, eləcə də 6 dəfə analoji sorğunun qalibi olan və bu ilin noyabrında karyerasını bitirdiyini elan edən Aqneşka Radvanska da var. Sorğunun nəticəsi ən yaxın günlərdə açıqlanacaq.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND