Çin hərbçiləri nüvə hücumundan qorunmağı məşq edirlər

29.01.2019 17:27
214
Çin hərbçiləri nüvə hücumundan qorunmağı məşq edirlər

Dünyanın əsas hərbi güclərindən biri olan Çin özünün nüvə potensialını və qitələrarası ballistik raket sistemlərini təkmilləşdirir. Çinin qitələrarası ballistik raketlərinin əksəriyyəti qoruyucu bunkerlərdə saxlanılır.

 

Ekspress.az xəbər verir ki, “Business İnsider”in məlumatına görə, Pekin raketlərinin gücləndirilmiş müdafiəsi ilə effektiv cavab zərbəsi endirməyə zəmanət qazanır. 

 

Ölkənin qitələrarası ballistik raket arsenalı mobil platformalardan və sualtı gəmilərdən buraxıla bilər.

 

Ötən ilin noyabrında Çin yeni uzaq mənzilli ballistik raketini sınaqdan keçirib. Bu, onu göstərir ki, Çin özünün DF-41 qitələrarası ballistik raketi haqqında da məlumatları açıqlayacaq.

 

Nüvə bunkerlərini qoruyan Çin hərbçiləri həmçinin nüvə hücumundan sonra necə sağ qalmağın yollarını məşq edirlər.

 

Pekində iddia edirlər ki, bu sığınacaqlar standart sərnişin təyyarəsi ilə birbaşa toqquşmaya davam gətirmək qabiliyyətindədir.

Açar sözlər: