“Badam Bağları” yolu yenidən qurulur - FOTO, Video

07.02.2019 12:48
133
“Badam Bağları” yolu yenidən qurulur - FOTO, Video

Bakı şəhərinin qəsəbədaxili yollarının və küçələrinin yenidənqurulması işləri çərçivəsində cari ildə Xəzər rayonunda ümumi uzunluğu 20 km-ə yaxın daxili avtomobil yolu əsaslı şəkildə bərpa olunacaq.

 

Ekspress.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, artıq bu çərçivədə Xəzər rayonunda Mərdəkan şosesindən ayrılan və “Badam Bağları” yaşayış massivinə gedən yolun, həmçinin bu yola paralel 2 qəsəbədaxili küçənin əsaslı şəkildə bərpası işlərinə start verilib.

 

Aparılan işlər çərçivəsində köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.

 

AAYDA-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yenidənqurma işləri ümumilikdə ilkin mərhələdə 10 km-ə yaxın yolları əhatə edir: "Qeyd edək ki, “Badam Bağları” yaşayış massivinə gedən yolun uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası sıradan çıxmışdı. Sözügedən yola paralel olan iki küçə isə torpaq əsaslı olduğundan burda da vətəndaşların xüsusən payız-qış mövsümündə hərəkətində ciddi problemlər yaşanırdı. Artıq bu problemlərin həlli istiqamətində Dövlət Agentliyi tərəfindən müvafiq addımlar atılır.”


Layihə çərçivəsində yolun hərəkət hissəsinin eni 7 metr təşkil edəcək. Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa ediləcək. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə iri və xırda asfalt-beton qarışığından yeni yol örtüyü salınacaq.

 


  • SON XƏBƏR
  • TREND