“Eurovision 2020” bu şəhərdə keçiriləcək


30.08.2019 15:17
116
“Eurovision 2020” bu şəhərdə keçiriləcək

“Eurovision 2020” mahnı müsabiqəsinə hansı şəhərin ev sahibliyi edəcəyi məlum olub.


Ekspress.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi saytında məlumat verilib. 


Qeyd olunub ki, layihənin keçirilməsi uğrunda beş şəhər mübarizə aparıb: Rotterdam, Utrext, Hertogenbos, Arnem və Maastrixt.


Qəti qərar bu gün elan edilib və müsabiqə Rotterdamda baş tutacaq. Bundan əlavə, "Eurovision" 12, 14 və 16 may tarixində keçiriləcək. 


Xatırladaq ki, müsabiqənin bu ilki qalibi “Arcade” mahnısı ilə Dunkan Lourens olub. (qafqazinfo)


Ekspress.az

Açar sözlər: