İrana qarşı HƏRBİ PLAN - Şanahandan açıqlama


22.05.2019 09:27
159
İrana qarşı HƏRBİ PLAN - Şanahandan açıqlama

ABŞ İranla savaşmağa hazırlaşmır.


Ekspress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan deyib. O, ABŞ-ın Yaxın Şərqdə öz maraqlarını qoruyacağını deyib:


“Söhbət müharibədən getmir. Biz savaşmağa hazırlaşmırıq. Söhbət bizim Yaxın Şərqdəki maraqlarımızın müdafiəsindən gedir” (axar.az).


Qeyd edək ki, bir müddət əvvəl Şanahanın İranın nüvə silahı hazırlanması prosesini sürətləndirəcəyi və ya ABŞ obyektlərinə hücum edəcəyi ehtimalına qarşı Yaxın Şərqə 120 minə qədər hərbçinin göndərilməsini özündə ehtiva edən hərbi plan təqdim etdiyi haqda xəbər yayılmışdı.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND