Makedoniyalı İsgəndər, Çingiz xan kimi Tramp da İranı məhv edə bilməyəcək - Zərif

20.05.2019 17:29
66
Makedoniyalı İsgəndər, Çingiz xan kimi Tramp da İranı məhv edə bilməyəcək - Zərif

Makedoniyalı İsgəndər, Çingiz xan və başqalarının İranı məhv edə bilmədikləri kimi, ABŞ prezidenti Donald Tramp da buna nail ola bilməyəcək.


Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" səhifəsində yazıb.


Zərif əlavə edib ki, iqtisadi terror “İranın sonuna” səbəb olmayacaq:


"Heç vaxt bir iranlını hədələməyin. Hörmətlə yanaşın, bu metod effektivdir" (trend).


ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində bildirmişdi ki, İran müharibə istəyirsə, bu rəsmən onların sonu olacaq:


"Heç vaxt ABŞ-ı hədələməyin".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND