Messi 6-cı dəfə "Qızıl buts" ala biləcəkmi? - FOTO

07.04.2019 17:50
874
Messi 6-cı dəfə "Qızıl buts" ala biləcəkmi? - FOTO

Avropanın "böyük beşlik" ölkələrinin (İspaniya, İtaliya, İngiltərə, Almaniya, Fransa) çempionatlarında 2018-2019-cu mövsümün başa çatmasına bir aydan bir qədər çox vaxt qalır.


Ekspress.az mövsümün bitməsinə 5-7 tur qalmış "Qızıl buts" mükafatı uğrunda yarışmada liderlərin siyahısını hazırlayıb.


İspaniya La Liqası 31-ci tur: Lionel Messi (Barselona) - 33 qol


Fransa 1-ci Liqası 31-ci tur: K.Mbappe (PSJ) - 27 qol


İtaliya A Seriyası 31-ci tur: Fabio Quagliarella (Sampdoria) və K.Piatek (Milan) hərəyə 21 qol


Almaniya Bundesliqası 28-ci tur: Robert Levandovski (Bavariya) - 21 qol


İngiltərə Premyer Liqası 33-cü tur: Serxio Aquero (Mançester Siti) - 19 qol.


Siyahıdan göründüyü kimi "Qızıl buts" mükafatını almağa ən yaxın namizəd argentinalı ulduz futbolçu Lionel Messidir. Onun ən yaxın izləyicisi K.Mbappedir. İspaniya və Fransa çempionatlarında mövsümün bitməsinə 7 tur qaldığını nəzərə alsaq, o zaman həm Messinin, həm də Mbappenin daha bir neçə qol vuracağı istisna edilmir. Hazırkı nəticələrə əsasən argentinalı hücumçunun 6-cı dəfə "Qızıl buts"a sahib olması daha real görünür.


Xatırladaq ki, Lionel Messi 2009-2010-cu (34 qol), 2011-2012-ci (50 qol), 2012-2013-cü (46 qol), 2016-2017-ci (37 qol) və 2017-2018-ci (34 qol) illərdə də “Qızıl Buts” mükafatına layiq görülüb.


AQİL


Açar sözlər: